Ermənistanda son sutkada 138 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 232-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 052-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 758-ə yüksəlib. İndiyədək 155 404 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 018 aktiv koronavirus xəstəsi var.