Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Rusiyada baş verən son hadisələrə və müxalifətçi Aleksey Navalnının həbsinə münasibət bildirib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Patruşev Navalnını "Qərbin adamı" hesab edib.

"Navalnı Qərbə iğtişaşlar və yeni "Maydan"lar üçün lazımdır. Bu "ictimai xadim" bunun üçün lazımdır. Bunların nəyə gətirib çıxardığını və nə ilə nəticələndiyini görmək üçün isə Ukrayna nümunəsinə baxmaq kifayət edir. Ukrayna praktikada müstəqilliyini itirib", - deyə Nikolay Patruşev "Arqumentı i faktı" qəzetinə müsahibəsi zamanı söyləyib.