Türkiyədən Yunanıstana qaçmaq istəyən PKK terror təşkilatı üzvləri saxlanılıblar.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yunanıstanla həmsərhəd olan Edirne şəhərindən qonşu ölkəyə keçməyə cəhd edən PKK-çıların bu cəhdi uğursuz olub.
Operativ addımlarla 2 terrorçu saxlanılıb. Hazırda PKK üzvləri haqqında araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.