Gürcüstanda son sutkada daha 688 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 259 897-yə çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 788 nəfər artaraq 251 077, vəfat edənlərin sayı isə 13 nəfər artaraq 3 221-ə çatıb.