Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı, Qazaxıstan parlamentinin üzvü Dariqa Nazarbayeva koronavirusa qarşı hansı vaksindən istifadə edəcəyini açıqlayıb.

Unikal.org Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, D.Nazarbayeva Rusiya istehsalı olan "Sputnik V" vaksinindən istifadə edəcəyini bildirib.

Qeyd edək ki, Qazaxıstanın yerli vaksin istehsalı layihəsi də həyata keçirilir. Hələlik istehsal başlanmayıb.