"Apple" şirkətinin sağlamlıq, səhiyyə ilə əlaqədar istehsal etdiyi məhsulu yoxdur. Yalnız "Apple Watch"da bir neçə tibbi funksiyaya yer verilib. Şirkət bu boşluğu doldurmağı düşünür.
Unikal.org xəbər verir ki, şirkət "sağlamlıq avadanlığı məhsulları" kateqoriyasına daxil olan yeni vakansiyalar yayımlayıb. Hələlik ilk məhsulun nə olacağı və nə vaxt təqdim ediləcəyi bilinmir.
Bu məhsulla yanaşı, qan, qlükoza ölçüsünün birbaşa ağıllı saatlara inteqrasiya ediləcəyi gözlənilir. Bu istiqamətdə Apple və Samsung-un gərgin rəqabət aparacağı təxmin edilir.