“Peyvənd millətçiliyi” yeni koronavirus mutasiyasının ortaya çıxmasına səbəb ola bilər.
Unikal.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreisus deyib.
Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın zəifliyi bütün dünyada vaksinasiyanın qarşısında duran ən böyük maneədir.
Qebreisus dünya əhalisinin 16 faizinin cəmləşdiyi zəngin ölkələrin peyvənd ehtiyatının 60%-ni aldığını bildirib. Onun sözlərinə görə, əgər dünya əhalisinin böyük hissəsi peyvənd olunmasa, o zaman zəngin ölkələrin səyləri məhsuldar olmayacaq.