Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin növbəti görüşü fevral ayı ərzində olacaq.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, görüş bu dəfə də Moskvada keçiriləcək.

Qeyd edək ki, Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın son görüşü 30 yanvar tarixində gerçəkləşdirilmişdi. Həmin görüşdə işçi qrupun nəzdində 2 alt qrupun yaradılması barədə razılığa gəlinmişdi.