İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Adgözəlov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın, yaşadığı Xankəndi kəndindəki evdən isə 3 kiloqram 511 qramdan artıq marixuana və müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi aşkar edilərək götürülüb.