Myanmada fevralın 4-dən etibarən tvitter sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb.
Unikal.org xəbər verir ki, bu barədə “NetBlocks” monitorinq xidməti xəbər yayıb.
“Təsdiqləndi: tvitter Myanmada birdən çox mobil operatorlar tərəfindən məhdudlaşdırılıb. Şəbəkə məlumatları real vaxtda təxminən saat 22.00-dan etibarən əlaqənin itirildiyini göstərir ”, - xidmətdən bildirilib.
Xidmət həmçinin, feysbuk sosial şəbəkəsinin istifadəsinə qarşı məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq da edib.