Ermənistan ərazisində yenidən 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, 6 fevral, yerli vaxtla saat 00: 06-da Şorza kəndindən beş kilometr məsafədə (İrəvanın 110 kilometr şərqində - Red) zəlzələ baş verib.
Zəlzələnin dərinliyi 2 kilometr olub, episentrdəki yeraltı təkanların gücü 5 bala çatıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.