Bayden administrasiyası Yəməndəki Husi qruplaşmasını terror təşkilatları siyahısından çıxarmağa hazırlaşır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tramp hakimiyyətinin son günlərində bu qruplaşmanı terror təşkilatları siyahısına əlavə etmişdi. ABŞ Dövlət Departamentindən mətbuata verilən açıqlamada isə Bayden administrasiyasının Trampın bu qərarını ləğv edəcəyi qeyd olunub. Bu addım artıq Konqreslə də razılaşdırılıb.

Vurğulanıb ki, ABŞ-ın Husi qruplaşmasına münasibəti dəyişməyib. Lakin Yəməndəki humanitar fəlakət baxımından bu qərar önəmlidir.

Qeyd edək ki, Yəməndə Husilərin nəzarəti altında olan bölgələrdə yaşayan xeyli dinc sakin aclıq və yarımaclıq şəraitində yaşayır. Qruplaşmanın terrorçu kimi tanınması həmin bölgələrə humanitar yardımların çatdırılmasını əngəlləyirdi.