"Saakaşvilinin partiyası ölkəni dağıtmaq istəyir. Başqa məqsədləri yoxdur".
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər veriri ki, bunu rusmeyilli ictimai xadim kimi tanınan siyasi ekspert Qiya Abaşidze söyləyib.
"Keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası ölkəni dağıtmaq istəyir. Onlar müxalifətdə ciddi rəqib görmək istəmirlər. Hakim Gürcü Arzusu Partiyası ilə mübarizə aparırlar. Bunun acısını isə müxalifətdəki kiçik partiyalar çəkir. Çünki heç bir siyasi çözüm yolu tanımırlar. Saakaşvilinin partiyası ancaq inqilabi ssenarini məqbul bilir. İğtişaşlar, destruktiv əməllər, ölkəni dağıtmaq. Başqa məqsədləri yoxdur", - deyə Abaşidze bəyan edib.