Çanakkale boğazında gəmilərin hərəkəti dayandırılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Avropa və Asiya hissələrini ayıran boğazlardan biri olan Çanakkale boğazı gəmilərin hərəkəti üçün qapadılıb.
Səbəb duman və sis yayılmasıdır. Rəsmi qurumlardan verilən məlumata görə, görmə məsafəsini kiçildən sis çəkildikdən sonra boğazda su nəqliyyatının hərəkəti bərpa ediləcək.