Suriyanın şimalında daha 3 PKK terrorçusu məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, "Fırat Kalkanı" əməliyyatının keçirildiyi bölgədə təxribat törətməyə çalışan PKK terror təşkilatının 3 üzvü zərərsizləşdirilib.