Rusiya ilə Gürcüstanı birləşdirən Yuxarı Lars yolunda yük maşınlarının hərəkəti məhdudlaşdırılıb.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Hərbi Gürcüstan yolu kimi də tanınan yolun bağlanmasına səbəb əlverişsiz hava şəraiti və qar uçqunu təhlükəsidir. Ağır tonnajlı yük maşınlarının hərəkəti qar uçqunu təhlükəsini daha da artıra bilər.
Qeyd edək ki, tarixi Dəryal keçidindən keçən bu yol həmçinin Rusiya ilə Ermənistanın əlaqəsini təmin edirdi. Ekstremal hava şəraiti və relyefə görə ilin müəyyən dövrlərində bu yolda hərəkət tez-tez ya qismən, ya da tam şəkildə məhdudlaşdırılır.