Myanmada hərbi çevrilişlə hakimiyyətə gələn xunta rejimi interneti yasaqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində internetə giriş məhdudlaşdırılıb.

Qeyd edək ki, 1 fevralda ordu ötən keçirilmiş seçkilərin saxtalaşdırıldığını iddia edərək hakimiyyəti ələ keçirdi. Hərbi çevrilişin lideri olan baş qərargah rəisi faktiki dövlət başçısına çevrildi. Prezident və nazirlər daxil olmaqla, kütləvi və genişmiqyaslı həbslər oldu, məhdudiyyətlər və qadağalar gətirildi.