Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Nikol Paşinyanı sərt tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçaryan "Sputnik Armenia"ya geniş müsahibə verib. O qeyd edib ki, böyük siyasətə qayıdır və növbəti seçkilər iqtidar və onun antipodu olan müxalifət arasında mübarizə şəraitində keçəcək.

"Paşinyanın dövründə insanlar populizmin dadına baxdılar. Rəngli inqilabların, təcrübəsiz və səriştəsiz insanlarla işləməyin nəticələrini gördülər. İndi tamamilə fərqli tipajlar lazımdır. Fərqli komandaya ehtiyac var. Və belə komanda Ermənistanda var. Mən böyük siyasətə qayıtmışam", - deyə Koçaryan bəyan edib.

Koçaryan həmçinin Paşinyanla rusiyalı müxalifətçi Aleksey Navalnını müqayisə edib. "Paşinyanla Navalnını praktiki baxımdan hər şey birləşdirir. Onların hər ikisində insanları manipulyasiya etmək istedadı var. Əslində bu, istedad deyil", - deyə sabiq Ermənistan prezidenti söyləyib.