İranda ötən sutka ərzində 76 nəfər koronavirusdan (COVID 19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bu barədə Unikal.org nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 412 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 983 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 459 370 nəfərə çatıb. Virus daşıyıcılarından 3 802 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 1 247 374 nəfər koronavirusdan sağalıb. 9,61 milyondan çox diaqnoz testi həyata keçirilib.