İran parlamentinin spikeri Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İranın qanunverici hakimiyyət orqanı olan İslam Məşvərət Məclisinin sədri Məhəmmədbağır Qalibaf fevralın 7-də Moskvaya yola düşəcək.

Onun burada rusiyalı həmkarı Vyaçislav Volodin, eləcə də Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə ikitərəfli münasibətlər və digər məsələlər müzakirə mövzusu olacaq.