Hindistanda uzun müddətdir ki, etiraz edən fermerlər magistral yolları qapadıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsində çalışan insanlar yeni və sosial-iqtisadi baxımdan fermerlərə sərfəli olmayan kənd təsərrüfatı qanunlarına uzun müddətdir etiraz edirlər.
Etirazçıların hökumət nümayəndələri ilə problemin həlli istiqamətində baş tutan 11 görüşü nəticəsiz yekunlaşıb. Vəziyyətdən bezən fermerlər ölkə və regional əhəmiyyətli əsas magistral yolları bağlamaq qərarına gəliblər. Hazırda etirazlar davam edir.