İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsində koronavirus pandemiyası ilə mübarizə tədbirləri barədə danışıb.
Unikal.org xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb. Ruhani ölkədə koronavirusa qarşı vaksinasiya prosesinin başlayacağı tarixi elan edib.
"Gələn həftədən İranda vaksinasiya başlayacaq. İlk vaksin partiyası artıq ölkəyə çatdırılıb", - deyə Ruhani söyləyib. O qeyd edib ki, Səhiyyə Nazirliyinin hazırladığı prioritet qruplar üzrə vaksinasiyaya start veriləcək.