Dünyada koronavirusa yoluxanların sayı 106 milyonu keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünya ümumi yoluxma sayı 106 003 585 nəfər təşkil edib. Ümumilikdə COVID-19 səbəbindən 2 311 001 nəfər həyatını itrib, 77 642 997 nəfər isə virusa qalib gələrək sağalıb.

Ən çox yoluxma və ölüm sayı ABŞ-da qeydə alınıb. Bu ölkədə 27 407 324 nəfər koronavirusa yoluxub. ABŞ-ı Hindistan, Braziliya və Rusiya izləyir.