Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyə ilə Almaniya arasında əməkdaşlığın inkişafı, regional məsələlər, eləcə də Türkiyə - Avropa İttifaqı əlaqələri müzakirə olunub.