Sosial şəbəkələrdə paytaxtda polisin əmrinə tabe olmayan sürücünün iştirakı ilə insident yaşanıb.

Unikal.org xəbər verir ki,  polisin “Saxla” əmrinə tabe olmayan “VAZ 21014” markalı avtomobilin sürücüsü hərəkəti davam etdirməyə başlayıb. Polis əməkdaşları avtomobilin təkərinə atəş açaraq onu saxlmağa çalışıblar. Amma buna məhəl qoymayan avtomobilin sürücüsü nəqliyyat vasitəsini ətrafda olan insanların üzərinə sürərək qaçmağa çalışsa da çox uzaqlaşa bilməyib.  O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat veriləcək.