Türkiyə və Pakistan ortaq hərbi təlimlər keçirir.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Atatürk hərbi təlimləri" adı ilə keçirilən təlimlər Pakistanın Hayber-Pahtunva əyalətinin Tarbela bölgəsində keçirilən açılış tədbiri ilə başlayıb.

Hərbi təlimlər 3 həftə davam edəcək. Ortaq hərbi təlimlərin iki ölkə arasındakı bağları daha da gücləndirəcəyi bildirilib.