İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müxalif Daşnaksütun Partiyasının funksionerləri sosial şəbəkə hesablarında məlumat veriblər. Etiraz aksiyası Nikol Paşinyan başda olmaqla, Ermənistan hökumətinin istefası tələbi ilə keçirilib.

Qeyd olunub ki, aksiyada heç bir səbəb göstərilmədən onlarla dinc etirazçı saxlanılıb. Polis aksiyaçılarla xüsusi amansızlıqla rəftar edib. Partiya funksionerlərindən Hayk Manukyan, Taron Kazaryan da həbs olunanlar arasındadır.

"Ermənistan polisi hazırki hakimiyyətin əlində oyuncağa çevrilib və iqtidarın cinayətkar əməllərinin qarantı rolunu oynayır", - deyə bildirilib.