Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sinanın "sehrli dərman" adlandırdığı "Kolxisin" tibb dünyasında gündəm yaradıb.
Unikal.org xəbər verir ki, "Kolxisin" dünyanın bir çox ölkəsində koronavirus xəstələrində sınaqdan keçirilib. Həkimlərin sözlərinə görə, sınaqlardan uğurlu nəticələr əldə edilib.
Belə ki, kolxisin dünya tibb arenasında səs-küyə səbəb olub. Bununla bağlı İstanbul Univerisetinin Cerhahpaşa Tibb Fakültəsinin Prof. Dr. Nazmi Gültekin və Klinik Mikrobiologiya Mütəxəssisi Dos. Dr. Emine Küçükateş, İbn Sinanın "sehrli dərman"ı kolxisin haqqında elmi arşadırmalara başlayıblar.
"Kolxisin, ölkəmizdə acı krokusdan alınan bitki mənşəli bir dərmandır. İki Türk həkim əvvəlcə ürək xəstələrində İbn Sinaya aid kolxisin istifadə edib. Xəstələrdə uğurlu nəticələr əldə edildikdə, tədqiqat ilk dəfə 2014-cü ildə Pakistanın JPMA (Journal of Pakistan Medical Association) adlı beynəlxalq tibb jurnalında yayımlanıb. Koronavirus epidemiyasından sonra dünyanın bir çox ölkəsində reanimasiya xəstələrində sınaqdan keçirilib və uğurlu nəticələr əldə edilib", - deyə mütəxəssis qeyd edib.
Kolxisinin yeni koronavirusda antiinfeksiya və antiinflamatuar kimi istifadə edilə biləcəyini deyən Prof. Dr. Nazmi Gültekin, " Kolxisindən İtaliya, İspaniya və Rusiyada reanimasiyada və ambulatorlarda istifadə edilib. Reanimasiyada ölüm nisbətlərini azaltdığını söylənilib",- bildirib.
Həkimlər, dərman üzrəində elmi tədqiqatlar apardığını və yaxın zamanda nəticələr barədə məlumat verəcəklərini bildiriblər.