Avropa Birliyi koronavirus pandemiyası ilə mübarizə büdcəsi formalaşdırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 672.5 milyard avroluq həcmi olan büdcə mübarizə tədbirlərinə xərclənəcək. Avropa Parlamenti büdcəni təsdiqləyib.
Plana əsasən, təşkilatın üzvü olan 27 ölkə 3 il boyunca bu vəsaitdən pandemiya ilə mübarizə sahəsində istifadə edəcək.