Almaniya Federal Məclisində ölkədə hərbi sahədə vəziyyət müzakirə olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müzakirə Almaniya Müdafiə Nazirliyi və baş qərargah tərəfindən hazırlanaraq parlamentə təqdim olunmuş hesabat ətrafında aparılıb.

8 səhifəlik hesabatda orduda müəyyən çatışmazlıqlar barədə məlumat yer alıb. Qeyd olunub ki, ordu gələcək təhdidlərə qarşı kifayət qədər hazırlıqlı deyil və hərbi sahədə müəyyən yeniliklərə ehtiyac var.

Hesabat ölkədə geniş rezonans doğurub və polemikaya səbəb olub.