Əfqanıstanın qərbində yerləşən Nemruz əyalətində Taliban qruplaşmasının hücumu nəticəsində 9 hərbçi həyatını itirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilərin nəzarət məntəqəsinə silahlı hücum nəticəsində 9 nəfər həlak olub. Həmçinin 5 nəfər xəsarət alıb.
3 hərbçinin isə girov götürülərək qaçırıldığı bildirilib. Hadisənin detalları və səbəb bəlli deyil. Araşdırmalar başladılıb.