Ukraynanın keçmiş dövlət başçısı Pyotr Poroşenko baş nazir postunu tuta bilər.
Unikal.org xəbər verir ki, bu barədə "BBC"yə müsahibəsində Ukrayna Ali Radasının (parlament) keçmiş spikeri Aleksandr Turçinov danışıb.
O qeyd edib ki, eks-prezidentin baş nazir olması kifayət qədər realdır. Turçinov hesab edir ki, bunun üçün ölkədə növbədənkənar seçkilərin keçirilməsi zəruridir.