Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına səfərlərinin görüntülərini paylaşıb.

Unikal.org xəbər verir ki, Mehriban Əliyeva yazıb:

"Əziz həmvətənlər!
İşğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyimiz səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram".