Əməkdar artist Səlim Abbasovun anası Laləgül xanım dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.  Sənətçinin anası şəkərli diabetdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Səlimin atası 3 gün əvvəl koronovirus infeksiyasından dünyasını dəyişib. Anası isə dünən Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi.

***11:10

Əməkdar artist Səlim Abbasovun atası  Vaqif Abbosov üç gün əvvəl koronavirusdan vəfat edib. Bundan sonra sənətçinin anasının da vəziyyəti də ağırlaşıb.

Unikal.org xəbər verir ki, o, bu barədə "Instagram" hesabından paylaşıb edib. O, anasının həyatının təhlükədə olduğunu, yaşamaq uğrunda mübarizə apardığını vurğulayıb.

S. Abbasov qeyd edib ki, valideyni Zığda yerləşən modul tipli xəstəxanada müalicə olunur.