Məşhur brend "Dolce & Gabbana" "Diet Prada" adlı İnstaqram hesabını idarə edən iki məşhur bloqqeri məhkəməyə verərək onlardan təzminat tələb edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin bloqqerlərin brendə məxsus səhifədə bir neçə il əvvəl irqi ayrıseçkiliyə aid olan videosunu yenidən paylaşmasıdır.
Bu paylaşım nəticəsində "Dolce & Gabbana"nın Asiya ölkələrindəki alıcıları onun məhsullarından imtina edib və brend xeyli iflasa uğrayıb. Buna görə də hazırda marka bloqqerləri məhkəməyə verərək, onlardan 600 milyon dollar (1 milyard 20 milyon manat) təzminat tələb edirlər.
Qeyd edək ki, həmin görüntülər sonuncu dəfə 2018-ci ildə brendin səhifəsində paylaşılıb.