Türkiyənin ilk kişi modeli Karahan Çantay vəfat edib.
Unikal.org xəbər verir ki, uzun müddət öncə Türkiyədən Taylanda köçən 47 yaşlı model 2 gün əvvəl motosiklet qəzasında dünyasını dəyişib. Riyaziyyat müəllimi kimi fəaliyyət göstərən modelin nəşini heç kimin götürmədiyi açıqlanıb.
Qeyd edək ki, K.Çantay 1995-ci ildə "Mr Turkey" birincisi olub.