Moskvada konsert verdiyim üçün hamı məni qınadı. Amma şəhidlərin 40-ı çıxandan sonra getdim. Qonorar qarşılığında 5 konsert təklifi aldım və razılaşdım.
Unikal.org xəbər verir ki, bu barədə müğənni Şəbnəm Tovuzlu "Günə bir şou" proqramına qonaq olarkən söhbət açıb.
"Rusiyada 17 konsert və 2 el şənliyində oxudum. Bir konsertdən 4 min dollar aldım. Amma elə vaxt olub ki, Rusiyaya biletpulundan əlavə 6-7 min dollara gedirdim. Digər yerlərdən də təklif gəldi, amma qəbul etmədim.Banka borcum var idi. Avtomobilimin kreditini bağladım. Banka 48 min manat ödədim. İstəyir həyatımda Həci olsun, istəyir olmasın, bu mənim sənətimdir" ,- deyə ifaçı Rusiyadan qazandığı məbləğin haraya xərcləndiyini qeyd edib.