SSRİ Xalq artisti, müğənni və aktrisa Lyudmila Lyadova dünyasını dəyişib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, 95 yaşlı Lyadova bu gün səhər saat 8-də Moskvada yerləşdirildiyi 52 saylı xəstəxanada vəfat edib.

Bildirək ki, Lyudmila fevralın sonunda Covid-19 diaqnozu ilə xəstəxanaya aparılıb. Bir müddət müalicə almasına baxmayaraq, qəfildən halı pisləşib və reanimasiyaya yerləşdirilib. Bundan sonra Lyadovanın ağ ciyərləri 75% fəaliyyətini itirib və vəfat edib.