Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçalar da bağlanacaq.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, aprelin 5-dən bütün dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanır.

Qeyd edək ki, dünən Təhsil Nazirliyi sözügedən şəhər və rayonlarda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı məlumat yaymışdı.