"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 

Unikal.org xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. 

O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur. 

Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi”.