“Yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq”. 

Unikal.org-un məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

O bildirib ki, məktəblərin sonrakı fəaliyyəti ilə bağlı gələn həftənin ortalarında dəqiq proqnoz vermək mümkün olacaq.