Çinin Beiliu şəhərində qorxunc anlar yaşanıb.
Unikal.org xəbər verir ki, uşaq bağçasına naməlum şəxsin hücumu nəticəsində 18 nəfər yaralanıb. Belə ki, çinli ikisi müəllimlə olmaqla 16 uşağa bıçaqla zərər yetirib.
Hadisəyə mühafizəçilər müdaxilə edib. Şəxs qısa zamanda saxlanılıb. Onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.