İranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID-19) ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 72 875 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 20 731 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 555 587 nəfərə çatıb.