Türkiyədə 4 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar Egey dənizinin Türkiyə sahillərində, Muğlanın Datça qəsəbəsində qeydə alınıb. Zəlzələnin episentiri 47 km dərinlikdə yerləşib.
***
08:59
Türkiyənin Bingöl əyalətində zəlzələ qeydə alınıb.
Unikal.org “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Karlıova rayonunda yerli vaxtla saat 00:27-də 3,6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 10,3 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.