Roma Papası Fransisk Qüdsdə baş verən güclü qarşıdurmalarla bağlı narahatlığını ifadə edib.

Unikal.org xəbər verir ki, bu barədə “Vatikan Nyus” məlumat yayıb.

“Dua edirəm ki, şəhər (Qüds – red.) şiddətli qarşıdurmalar yeri deyil, sülh və dua üçün görüş məkanına çevrilsin”, - deyə Fransisk bildirib.

Qeyd edək ki, Qüdsdə aprelin 7-də İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmada onlarla fələstinli xəsarət alıb.