“ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəklər”.
Unikal.org xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İslandiyanın “RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.
Dövlət katibi “Siz İslandiyanı dövlət başçılarının görüşünün keçiriləcəyi potensial yer sayırsınızmı” sualına belə cavab verib: “Sözsüz, mən görüş yeri üçün buranı namizəd göstərərdim. Onu da qeyd edim ki, evə qayıtdıqdan sonra mən bu işlə məşğul olacağam”.
Qeyd edək ki, mayın 19-da Artika Şurası xarici işlər nazirilərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.