Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsində baş verib.

İlkin məlumatlara görə, “Mitsubishi Pajero İO” markalı avtomobil yol kənarındakə arxa düşüb. Nəticədə avtomobildə olan sərnişin 1939-cu il təvəllüdlü G.Məmmədovanın qolu sınıb.

İlkin ehtimallara görə qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.