"Real"ın baş məşqçisi Zinədin Zidan sabah saat 20:00-da "Vilyarreal"la baş tutacaq oyundan öncə mətbuat konfransı keçirib.
Unikal.org xəbər verir ki, 48 yaşlı mütəxəssis "Kral klubu"ndakı gələcəyi barədə sonuncu turun matçından sonra açıqlama verəcəyini bildirib:
"İndi gələcək karyeram barədə danışmağım üçün doğru zaman deyil. Hazırda ən vacib olan sabahkı oyunumuzdur. Futbolçularıma çox əhəmiyyət verirəm, onlar meydana çıxdıqları hər oyun məni xilas edib, ən yaxşı performanslarını ortaya qoyublar. Həmişə onlara minnətdar olacam. "Real Madrid" başıma gələn ən gözəl şeydir".
Qeyd edək ki, klub rəhbərliyi Zidanın getməsini istəmir. Lakin fransalı çalışdırıcı özü ayrılmaq istəsə, "Real" onun qərarına hörmətlə yanaşacaq. Zinədin Zidanın yerinə əsas namizəd isə Maks Alleqridir.