Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 102 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 709 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 924 805, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 089 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 834 919 təşkil edir.