Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaqlar.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. O bildirib ki, koronavirus infeksiyasına yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb olunacaqlar. Xəstəliyə yoluxan və orqanizmində anticisim yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax sonuncu çıxışında bildirib ki, Atletlər kəndində məskunlaşan Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi Oyunlar başlayana qədər vaksinasiya olunacaq.